ABŞ-da daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu

ABŞ-da daimi əsaslarla, başqa sözlə ABŞ-ın müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş daimi yaşamaq icazəsinə və ya ABŞ-da daimi yaşamaq statusuna sahib olmasını təsdiq edən digər sənədə (permanent residence card) malik olan Azərbaycan Respublikası vətəndaşı yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində və Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğunda uçota alınırlar.

Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşlarının 16 yaşadək uşaqları valideynlərindən birinin uçot kartoçkasında qeyd olunur.

ABŞ-da daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınması məqsədilə aşağıdakı sənədləri pasportla birlikdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyə təqdim etməlidirlər:

  1. Doldurulmuş “Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası”;
  2. Pasport üçün rəngli fotoşəkil - 1 ədəd;
  3. Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu;
  4. Azərbaycan Respublikası vətəndaşının ABŞ-da daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin surəti.

Diqqət! Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşı ilə birlikdə ABŞ-da daimi yaşayan 16 yaşına çatmamış uşaq olduqda, həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) surətləri Səfirliyə təqdim edilməlidir.

Sənədlərin poçt vasitəsi ilə göndərildiyi halda sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazmağı yaddan çıxartmayın). Xahiş edirik nəzərə alarsınız ki, Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Məlumat üçün diqqətinizə çatdıraq ki, ABŞ-dakı Azərbaycan Respublikası Səfirliyi tərəfindən ABŞ-da daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınan zaman, onun pasportunda “Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində uçota alınmışdır. Tarix:_____ İmza:_____” sözləri əks olunmuş ştamp vurulur, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin konsulluq məsələləri üzrə vəzifəli şəxsi tərəfindən imzalanaraq, gerbli möhürlə təsdiq edilir.

ABŞ-da daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi tərəfindən aşağıdakı hallarda konsulluq uçotundan çıxarılırlar:

  1. Digər ölkəyə və ya Azərbaycan Respublikasının Los-Anceles şəhərindəki Baş Konsulluğun konsulluq dairəsinə daimi yaşamaq üçün köçən Azərbaycan Respublikası vətəndaşları daimi yaşayış uçotundan çıxmaq üçün müraciət etdikdə;
  2. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda;
  3. Vəfat etdikdə;
  4. Barələrində itkin düşmə və ya vəfat etmə haqqında məhkəmənin qərarı olduqda.

ABŞ-dakı Azərbaycan Respublikası Səfirliyi tərəfindən ABŞ-da daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotundan çıxarıldıqda, vətəndaşın pasportunda “_________________ (səbəb) ilə əlaqədar Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində uçotdan çıxarıldı. Tarix:_____ İmza:_____” sözləri əks olunmuş ştamp vurulur, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin konsulluq məsələləri üzrə vəzifəli şəxsi tərəfindən imzalanaraq, gerbli möhürlə təsdiq edilir.

TELEFON ZƏNGLƏRİ

İş günləri saat 14.00-dan 17.00-dək qəbul olunur

QƏBUL VAXTI

Bazar ertəsi, Çərşənbə və Cümə günləri saat 10.00-dan 12.00-dək.

KONSULLUQ DAİRƏSİ

Səfirliyin Konsulluq Şöbəsi aşağıdakı ştatlar istisna olmaqla bütün ABŞ ştatları üzrə konsulluq xidmətləri göstərir: Alaska, Arizona, California, Colorado, Hawaii, Idaho, Montana, Nevada, New Mexico, Oregon, Utah, Washington, and Wyoming. Qeyd olunan ştatlar üzrə konsulluq xidmətlərini Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu həyata keçirir.

www.azconsulatela.org