Xarici ölkə ərazisində 18 yaşı tamam olmuş vətəndaşlara qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

Qayıdış Şəhadətnaməsi (bundan sonra "Şəhadətnamə") - Səfirlik tərəfindən verilən və pasportu müvəqqəti əvəz edən giriş-çıxış sənədidir. Verildiyi tarixdən etibarlıq müddəti 1 ay olan bu sənəd yalnız Azərbaycana səfər etmək üçün etibarlıdır. Şəhadətnamə sahibinin digər ölkələrin ərazisindən tranzit keçmək hüququ vardır.

  1. Xarici ölkəyə gəldiyi zaman onun şəkili əlavə olunmuş pasportun əsli;
  2. Xarici ölkəyə gəldiyi zaman onun şəkili əlavə olunmuş pasportun surəti - 2 nüsxə;
  3. Pasportun 2-ci, 3-cü, 4-cü, 5-ci və axırıncı səhifələrinin surətləri
    (ABŞ-da daimi yaşıyanlar) ABŞ-da leqal yaşamaqla bağlı immiqrasiya xidməti və Səfirlik tərəfindən qeydlər aparılmış səhifələrin surətləri.
  4. Doğum şəhadətnaməsinin (olduğu tədqirdə)surəti — 2 nüsxə;
  5. Sərbəst formada yazılmış ərizə;
  6. Səfirliyin adına ünvanlanmış ərizədə müraciət edən şəxsin soyadı, adı, atasının adı, ABŞ-dakı ünvanı, telefon nömrəsi, ABŞ-a gəlmə tarixi, müraciətin səbəbi, Azərbaycana getmək üçün nəzərdə tutulan tarix göstərilməlidir.
  7. Pasport üçün rəngli fotoşəkil - 3 ədəd;
  8. (ABŞ-da daimi yaşıyanlar) "Green Card"sənədinin Notariusda təsdiq olunmuş surəti - 3 nüsxə;
  9. (ABŞ-da daimi yaşıyanlar) "Social Security" sənədinin Notariusda təsdiq olunmuş surəti - 3 nüsxə;
    ABŞ-da daimi yaşamayan vətəndaşlar 6-cı və 7-ci bənddəki sənədləri əlavə etmirlər.
  10. 118 A formalı anket - 1 nüsxə Nümunə;
  11. 40 (qırx) ABŞ dolları məbləğində "money order";
  12. Səfirlik vasitəsilə sənədlərin tərtibinə görə ödənilən bu rüsum Səfirliyin adına yazılmalıdır. "Pay to the order of: Embassy of Azerbaijan"

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və Qayıdış Şəhadətnaməsinin Express Mail, FedEx, UPS və yaxud DHL vasitəsilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Şəhadətnamənin verilməsi üçün 5-10 gün vaxt tələb olunur.

Diqqət!

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.

TELEFON ZƏNGLƏRİ

İş günləri saat 14.00-dan 17.00-dək qəbul olunur

QƏBUL VAXTI

Bazar ertəsi, Çərşənbə və Cümə günləri saat 10.00-dan 12.00-dək.

KONSULLUQ DAİRƏSİ

Səfirliyin Konsulluq Şöbəsi aşağıdakı ştatlar istisna olmaqla bütün ABŞ ştatları üzrə konsulluq xidmətləri göstərir: Alaska, Arizona, California, Colorado, Hawaii, Idaho, Montana, Nevada, New Mexico, Oregon, Utah, Washington, and Wyoming. Qeyd olunan ştatlar üzrə konsulluq xidmətlərini Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu həyata keçirir.

www.azconsulatela.org